"Real"ın sabiq baş məşqçisi, hazırda "Roma"nı çalışdıran Joze Mourinyo keçmiş futbolçusu, indi "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo haqqında danışıb.
Qol.az xəbər verir ki, Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılıb.
Həmçinin oxuyun: Ten Haq: "Mən Ronaldoya xəbərdarlıq etmişdim..."
Mourinyo isə bu haddisələrdən sonra açıqlamasında deyib: "Bir məşqçinin vəziyyəti başa düşməsi çox vacibdir. Siz onlara necə futbol oynamaq lazım gəldiyini öyrədə bilməzsiniz. Ronaldoya necə cərimə zərbəsi vuracağını, Zlatan İbrahimoviçə topu sinəsi ilə necə saxlayacağını, Didye Droqbaya ilk hücumu necə edəcəyini öyrədə bilməzsiniz. Siz onlara o komandada necə futbol oynamaq lazım gəldiyini öyrətməlisiniz".
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb. Ronaldo isə 2009-2018-ci illərdə bu komandanın formasını geyinib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi