"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq futbolçusu Kriştiano Ronaldo ilə bağlı yaranmış qalmaqallı durumun təfərrüatlarını açıqlayıb.
Qol.az xəbər verir ki, “Manchester Evening News”a danışan niderlandlı mütəxəssis Ronaldonun əsas komandadan uzaqlaşdırılmasının səbəbini izah edib.
Həmçinin oxuyun: “Mançester Yunayted”dən Ronaldoya ikinci ağır cəza
“Ronaldo oyunun gedişində meydana daxil olmaqdan imtina edib? Bəli. Onun düşünməyə vaxtı olacaq. Mövsümün əvvəlində ona xəbərdarlıq etmişdim ki, belə hal təkrarlansa, sanksiyalar olacaq (Ronaldo mövsümün əvvəlində "Rayo Valyekano" ilə yoldaşlıq görüşündə də oyun bitməmiş stadionu tərk etmişdi – red.).
Bunu başa düşmək vacibdir ki, futbol komanda oyunudur. Futbolçular müəyyən tələbləri yerinə yetirməlidirlər, mən də buna nəzarət etməliyəm. Ronaldonun "Mançester Yunayted"də rolu nədir? Düşünürəm ki, hamı bunu başa düşür. O, komanda üçün vacib oyunçu olaraq qalır. “Çelsi” ilə matçda onun yeri görünəcək".
Xatırladaq ki, Ronaldo Premyer Liqanın son turunda“Tottenhem”lə oyunda (2:0) meydana çıxmaqdan imtina edib. O, daha sonra matçın bitməsini gözləməyərək, stadionu tərk edib. Buna görə də 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Həmçinin ona böyük məbləğdə cərimə kəsiləcək.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı