Fransa millisinin və "Real"ın hücumçusu Kərim Benzema "Qızıl top" mükafatını qazandıqdan sonra çıxış edib.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 34 yaşlı oyunçu deyib: “Hamınız çox sağ olun. Bu, asan yol deyildi. Bir müddət millidə oynamadım və yığmaya qayıtdığım üçün fəxr edirəm. İşimlə və çətin anları dəf edə bildiyimə görə qürurluyam. Klubdakı və millidəki komanda yoldaşlarıma, eləcə də ailəmin bir parçası hesab etdiyim, mənə şans verən və həmişə yanımda olan gözəl prezidentimə təşəkkür etmək istəyirəm. Bu kubok fərdi, təşəkkür isə kollektivdir.
Həmçinin oxuyun: "Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi
Uşaqlıq arzum gerçəkləşdi. Çətindir, amma qeyri-mümkün deyil. Mən qol vurmaqdansa, komandada oynamağa üstünlük verirəm. Bu kubok səyləriniz üçün bir mükafatdır.
Anam mənə çox kömək etdi və şadam ki, bu axşam yanımdadır. 30 ildən artıq stajı olan belə bir mükafatı almaq çox zəhmətin nəticəsidir. Mümkün olduğu müddətdə başqalarından bir az daha çox məşq edirəm və bu, motivasiya tələb edir".
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi