"Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi

"Real" Benzema ilə yeni müqavilə üçün razılığa gəldi
XƏBƏR 17 Oktyabr 2022 / 16:51 2496
-  A +

"Real" yaxın vaxtlarda futbolçusu Kərim Benzema ilə müqaviləsini yeniləyəcək. 

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq 34 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün razılaşıb. Tərəflər yaxında 2024-cü ilin yayınadək müqavilə imzalayacaqlar. Benzemanın hazırkı sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Hücumçu bu mövsüm bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 1 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner