UEFA prezidenti Aleksander Çeferin DÇ-2030-un İspaniya və Portuqaliyada keçirilməli olduğunu düşünür.
Qol.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Çeferin deyib:
“2030-cu ildə dünya çempionatı İspaniya və Portuqaliyada keçirilməlidir. Mən əminəm ki, bu, belə olacaq. Biz futbola həvəs göstərən, yaşayan və nəfəs alan, yaxşı infrastruktura malik iki ölkəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”.
Daha əvvəl İspaniya və Portuqaliya DÇ-2022-yə ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib. Lakin mundial Qətərdə olacaq. 2026-cı ildə keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Daha əvvəl bir dəfə - 1982-ci ildə dünya çempionatı İspaniyada olub. Portuqaliya isə 2004-cü ildə Avropa çempionatının oyunlarına ev sahibliyi edib.
Qeyd edək ki, İspaniya və Portuqaliya 2018-ci il dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə vermişdilər, lakin sonra Rusiya müsabiqənin qalibi olmuşdu.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir