"Nant" da iştirak ərizəsini açıqladı

"Nant" da iştirak ərizəsini açıqladı
XƏBƏR 5 Sentyabr 2022 / 18:38 2638
-  A +

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Nant" turnir üçün iştirak ərizəsini açıqlayıb. 

Qol.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto (hər ikisi Braziliya), 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 23. Robin Vuazin, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 93. Şarl Traore

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 20. Loann Duse

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), Mustafa Məhəmməd (Misir), Abdul-Kader Bamba

Qeyd edək ki, "Qarabağ"la "Nant" arasındakı ilk oyun sentyabrın 15-də Bakıda, ikinci matç isə oktyabrın 27-də Fransada olacaq.


Son xəbərlər
topaz banner