Di Mariya ÇL-də PSJ ilə oyunu buraxacaq

Di Mariya ÇL-də PSJ ilə oyunu buraxacaq
XƏBƏR 5 Sentyabr 2022 / 18:25 1766
-  A +

PSJ-nin icarə əsasında "Yuventus"da çıxış edən futbolçusu Anhel di Mariya İtaiya klubu ilə Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Fransa təmsilçisi ilə oyuna çıxa bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi A seriyasının 1-ci turunda "Sassuolo" ilə oyunda (3:0) zədələnib.

Qeyd edək ki, Di Mariya bu yay icarə əsasında "Yuventus"a keçib.

Əlavə edək ki, sentyabrın 6-da oynanılacaq PSJ - "Yuventus" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner