Rüfət oynadı, komandası qalib gəldi

Rüfət oynadı, komandası qalib gəldi
XƏBƏR 4 Sentyabr 2022 / 14:20 1790
-  A +

Almaniyanın Qərb Regional Liqasında 7-ci turun matçları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun da oynadığı "Şalke-2" "Oberhauzen"lə üz-üzə gəlib. Dadaşovun komandası 3:1 hesablı qələbə qazanıb.

Meydana start heyətində çıxan Rüfət sona qədər mübarizə aparıb. 

Qeyd edək ki, "Şalke-2" turnir cədvəlində 7 oyundan sonra 10 xalla 8-cidir. 


Son xəbərlər
topaz banner