"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Nant"ın baş məşqçisi Antuan Kombuare turnirdə keçirəcəkləri matçlar, komandasının hazırkı durumu və transferlər barədə danışıb.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Liqa 1-in 6-cı turunda PSJ-yə uduzduqları oyundan (0:3) sonra mətbuat konfransında Azərbaycana səfərin çətin olacağını deyib:
"Əsas oyunçuların bir çoxunu saxlamaqla yanaşı, 4 yeni futbolçu gətirdik. Ancaq daha çox transfer arzulayırdım. Çünki dünya çempionatı ilə əlaqədar təqvim çox sıx olacaq. Avropa Liqasında matçlarımız var. Azərbaycana və Yunanıstana uzaq səfərlərimiz olacaq. Avropa Liqasında da uğurlu çıxış üçün geniş heyət vacib idi. Açığı, transfer dönəmində məyus oldum. Bir tərəfdən də transfer pəncərəsinin bitməsinə sevinirəm. Çünki xəyal qurmağı dayandırdım. Oyunçuların vəziyyəti çox yaxşı deyil. Yorğun və məyusuq".
Qeyd edək ki, "Qarabağ"la "Nant" arasında ilk oyun sentyabrın 15-i Bakıda, 2-ci matç isə oktyabrın 27-si Fransada olacaq.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir