Ançelotti: "Kroos və Modriçi məşq etdirmək ən asan işdir"

Ançelotti: "Kroos və Modriçi məşq etdirmək ən asan işdir"
XƏBƏR 4 Sentyabr 2022 / 11:28 2411
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçuları Toni Kroos və Luka Modriç barədə danışıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Mövsümə yaxşı başladıq. Komandanın bərpa ilə bağlı bəzi problemləri var idi. Kroos və Modriclə işləmək çətin deyil, çünki onlar ağıllı və təvazökardırlar. Meydana çıxmasalar da, komanda üçün vacib olduqlarını bilirlər. Onları məşq etdirmək mənim karyeramdakı ən asan işdir”.

Qeyd edək ki, Kroos 2014-cü, Modriç isə 2012-ci ildən "Real"da oynayır. 


Son xəbərlər
topaz banner