“Mən “Qarabağ”ın oyununa baxmışam. Onlar doğrudan da yaxşı komandadırlar”.
Qol.az xəbər verir ki, bu sözləri Almaniyanın “Frayburq” klubunun baş məşqşisi Kristian Ştrayx deyib.
“Fraybuq” dünən Bundesliqanın 5-ci turunda səfərdə “Bayer”ə qalib gələrək (3:2) 12 xalla liderliyə yüksəlib. İndi komanda növbəti görüşünü sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində evdə “Qarabağ”a qarşı keçirəcək.
Alman mütəxəssis bildirib ki, Avropa kuboku onun komandası üçün qeyri-adi turnirdir. Ağdam klubu barədə danışan Ştrayx deyib:
“Mən “Qarabağ”ın oyununa baxmışam. Onlar doğrudan da yaxşı komandadırlar. Fikrimcə, maraqlı oyun olacaq”.
“Bayer”lə oyun haqda da danışan mütəxəssis deyib: “Biz iki qolu standart vəziyyətdən vurduq. Amma rəqibimizin də qol imkanı çox oldu. Hazırda bizim işlərimiz yaxşı gedir. Birinci yerdə olmaq hazırda məni maraqlandırmır. 5 oyundan 12 xal toplamaq onu deyir ki, işlərimiz müsbət qaydada irəliləyir. Hələ ki, hər şey yaxşıdır. Bəzi oyunlarda bəxtimiz çox gətirib”.
O bildirib ki, indi bütün fikri sentyabrın 8-də “Qarabağ”la keçirəcəkləri Avroliqa matçına yönəlib.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil