"Neftçi"də ciddi itki

"Neftçi"də ciddi itki
XƏBƏR 3 Sentyabr 2022 / 20:37 3375
-  A +

"Neftçi"nin futbolçusu Kenni Sayef zədələnib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"la matçdan əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən sıradan çıxıb. Onun əvəzinə görüşün start heyətinə Vato Arveladze daxil edilib.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan matçda hesab 0:0-dır.


Son xəbərlər
topaz banner