“Frayburq”un yarımmüdafiəçisi Rolland Şallai ciddi zədə alıb.
Qol.az xəbər verir ki, hadisə bundesliqanın hazırda davam edən 5-ci turunun “Bayer”lə səfər matçı zamanı baş verib. 4-cü dəqiqədə rəqib futbolçunun zərbəsi sağ vingerin göz nayihəsinə tuş gəlib. Həkimlər dərhal tibbi müdaxilə edib. Gözündən zədə alan oyunçu xərəkdə 9-cu dəqiqədə meydanı tərk edərək əvəzlənmək məcburiyyətində qalıb.
Macarıstan millisinin də 25 yaşlı futbolçusu olan Şallai “Frayburq”un liderlərindən sayılır. Onun qarşıdakı matçlarda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, “Frayburq” növbəti görüşünü sentyabrın 8-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. Avropa Liqasının qrup mərhələsinin bu oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək