"Milan" Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi ulduz futbolçusu Zlatan İbrahimoviçi zədəli olduğu üçün heyətə daxil etməyib.
Həmçinin qapıçı Çiprian Teteruşanu, yarımmüdafiəçilər Temue Bakayoko, Yasin Adli, Aster Vranks, müdafiəçi Malik Tiavın da adı iştirak ərizəsində yoxdur.
"Milan"ın ÇL-in qrup mərhələsi üçün heyəti belədir:
Qapıçılar: Mayk Menyan, Antonio Mirante.
Müdafiəçilər: David Kalabria, Alessandro Florenzi, Serjinyo Dest, Fikayo Tomori, Simon Ker, Pyer Kalulu, Matteo Qabbia, Teo Hernandes, Fode Ballo-Ture.
Yarımmüdafiəçilər: İsmael Bennasser, Sandro Tonali, Tommaso Pobeqa, Rade Kruniç, Şarl de Ketelaere, Brahim Diaz, Aleksis Salemekers.
Hücumçular: Junior Mesias, Rafael Leao, Ante Rebiç, Divok Orici, Olivye Jiru.
Qeyd edək ki, Zlatan may ayında sol dizindən əməliyyat olunub və həmin vaxt futbolçunun 7-8 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Xatırladaq ki, "Milan" ÇL-in E qrupunda "Çelsi" (İngiltərə), "Zalsburq" (Avstriya) və "Dinamo" (Zaqreb, Xorvatiya) ilə mübarizə aparacaq.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək