"Olimpiakos"un futbolçusu: "Rəqiblərimiz güclüdür"

"Olimpiakos"un futbolçusu: "Rəqiblərimiz güclüdür"
XƏBƏR 3 Sentyabr 2022 / 15:30 1597
-  A +

Yunanıstan "Olimpiakos"unun futbolçusu Hvan Uy Co Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki,  cənubi koreyalı hücumçu rəqiblərin güclü olduğunu deyib.: "İlk dəfə Avropa Liqasında oynayacağım üçün həyəcanlıyam. Növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün hansısa səbəb görmürəm. Biz də rəqiblər qədər güclüyük. Qrup matçlarınadək təkmilləşməli, qarşılaşmalar keçirməli və qollar vurmalıyıq".

Qeyd edək ki, Uy Co "Nottingm Forest"dən icarəyə götürülüb.

Xatırladaq ki, "Olimpiakos" G qrupunda "Qarabağ", "Frayburq", "Nant"la mübarizə aparacaq.


Son xəbərlər
topaz banner