"Neftçi"də zədəli futbolçuların son durumu

"Neftçi"də zədəli futbolçuların son durumu
XƏBƏR 3 Sentyabr 2022 / 13:29 1612
-  A +

“Neftçi"nin zədəli futbolçuları Azər Salahlı və Sezar Meza Kollinin son durumları müəyyənləşib

Qol.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.

O, ayağından əməliyyat olunan Salahlının 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacağını bildirib. Klubun baş həkimi Meza Kollinin isə reabilitasiya dövrünün başladığını vurğulayıb.

Qeyd edək ki, “Neftçi" bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 20:30-da başlayacaq.


Son xəbərlər
topaz banner