Məşhur futbolçu bu kluba transfer olundu

Məşhur futbolçu bu kluba transfer olundu
XƏBƏR 2 Sentyabr 2022 / 19:22 3597
-  A +

"Tottenhem"in sabiq futbolçusu Yan Vertongen klubunu dəyişib. 

Qol.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Benfika"dan (Portuqaliya) "Anderlext"ə (Belçika) keçib. Bu barədə klubların rəsmi saytları məlumat yayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vertonqen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə "Tottenhem"in formasını geyinib.


Son xəbərlər
topaz banner