Ronaldo son 17 ilin antirekorduna imza atdı

Ronaldo son 17 ilin antirekorduna imza atdı
XƏBƏR 2 Sentyabr 2022 / 14:54 3886
-  A +

2022/23 mövsümü hazırda "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo üçün uğursuz başlayıb. 

Qol.az xəbər verir ki, 37 yaşlı hücumçu Premyer Liqanın ilk 5 turunda fərqlənə bilməyib. Ronaldo 2005/06 mövsümündən indiyədək ilk dəfə yerli çempionatların ilk 5 oyununda qol vurmağı bacarmayıb. 

Son dəfə belə nəticə 17 il əvvəl qeydə alınıb. O, 2005/06 mövsümündə ilk 7 görüşdə fərqlənməyib.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından "Mançester Yunayted"də oynayır.


Son xəbərlər
topaz banner