"Çelsi" Alonso ilə müqaviləyə xitam verdi

"Çelsi" Alonso ilə müqaviləyə xitam verdi
XƏBƏR 2 Sentyabr 2022 / 14:00 2947
-  A +

“Çelsi” müdafiəçisi Markos Alonso ilə yolları ayırıb.

Qol.az klubun rəsm saytına istinadən xəbər verir ki, ispan futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Onun "Barselona"ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış edən Alonso London klubunda  212 oyun keçirib, 29 qol vurub və 23 məhsuldar ötürmə edib.


Son xəbərlər
topaz banner