"Barselona" Bellerinin transferini açıqladı

"Barselona" Bellerinin transferini açıqladı
XƏBƏR 2 Sentyabr 2022 / 10:38 4194
-  A +

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Kataloniya təmsilçisi “Arsenal”dan ayrılan Hektor Bellerini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 27 yaşlı futbolçu 2011-ci ildə “Arsenal”a keçib. O, London klubunda 239 oyunda 9 qol, 29 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner