Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum
XƏBƏR 1 Sentyabr 2022 / 20:16 2263
-  A +

Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum edilib.

Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, yerli vaxtla 17:50-18:00 aralığında TFF binası odlu silahdan iki dəfə atəşə tutulub.

Mərmilərdən birinin prezidentin əyləşdiyi otağa, birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir.

Silahlılar daha sonra maşına əyləşərək hadisə yerindən qaçıblar. İnsident nəticəsində ölən və ya yararlanan olmayıb. Polis araşdırmaya başlayıb.


Son xəbərlər
topaz banner