Fofananın əvəzinə belçikalı müdafiəçi

Fofananın əvəzinə belçikalı müdafiəçi
XƏBƏR 1 Sentyabr 2022 / 19:30 2408
-  A +

Uesli Fofananı "Çelsi"yə satan "Lester" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, İngiltərə klubu Fransa "Reyms"indən Vout Faesi transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belçikalı futbolçu ilə 2027-ci ilin yayına kimi sözləşmə imzalanıb. "Lester" 24 yaşlı müdafiəçi üçün Fransa klubuna 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, Vout Faes "Reyms"in heyətində meydana çıxdığı 77 matçda 5 qol vurub.


Son xəbərlər
topaz banner