UEFA-dan Emre Belözoğluna sərt cəza

UEFA-dan Emre Belözoğluna sərt cəza
XƏBƏR 1 Sentyabr 2022 / 13:56 4752
-  A +

"Başakşehir"in baş məşqçisi Emre Belözoğlu UEFA tərəfindən cəzalandırıb.

Qol.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb. 42 yaşlı mütəxəssisin cəzalandırılmasına səbəb Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Netanya, İsrail) ilə ilk oyunda (1:1, cavab matçı - 1:0) Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması olub. Ona görə də Belözoğlu lisenziyası olanadək UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi tərəfindən avrokubok matçlarında iştirakdan uzaqlaşdırıb. "Başakşehir" isə 10 min avro cərimələnib. 

Qeyd edək ki, "Başakşehir"in Konfrans Liqasının A qrupundakı rəqibləri "Fiorentina" (İtaliya), "Harts" (Şotlandiya) və RFŞ (Latviya) olacaq.


Son xəbərlər
topaz banner