"Siti"dən yeni transfer

"Siti"dən yeni transfer
XƏBƏR 1 Sentyabr 2022 / 13:27 3337
-  A +

"Mançester Siti" növbəti transferini reallaşdırıb. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, "şəhərlilər" Dortmund "Borussiya"sından Manuel Akanjini alıb. 27 yaşlı müdafiəçi ilə 5 illik sözləşmə imzalanıb. O, komandada 25 nömrəli formanı geyinəcək. 

"Mançester Siti" keçidə görə qarşı tərəfə 18+2 milyon avro ödəyəcək. Oyunçunun maaşı isə illik 11 milyon avro olacaq.

Qeyd edək ki, Manuel 2018-ci ildən "Borussiya"da oynayırdı. O, geridə qalan mövsüm 26 matçda 1 qol vurub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner