"Frayburq" hücumçusunu icarəyə verdi

"Frayburq" hücumçusunu icarəyə verdi
XƏBƏR 1 Sentyabr 2022 / 09:58 1613
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq" futbolçusu Nişan Burkartı icarəyə göndərib. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu karyerasını İsveçrə "Vintertur"unda davam etdirəcək. Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb. 

Qeyd edək ki, "Qarabağ"la "Frayburq" arasındakı ilk oyun sentyabrın 8-də "Europa Park" stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner