Balotelli klubunu dəyişdi - Rəsmi

Balotelli klubunu dəyişdi - Rəsmi
XƏBƏR 1 Sentyabr 2022 / 01:15 7105
-  A +

Türkiyənin “Adana Dəmirspor” klubu futbolçusu Mario Balotellini satıb.

Qol.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü İsveçrə “Sion”una keçib. Türkiyə təmsilçisi bu transferdən 2 milyon 620 min avro qazanıb. Balotelli yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Balotelli “Adana Dəmirspor”a ötən ilin iyul ayında azad agent kimi keçmişdi. O, ötən mövsüm bu komandada 33 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.


Son xəbərlər
topaz banner