Millimizin rəqibində yeni baş məşqçi

Millimizin rəqibində yeni baş məşqçi
XƏBƏR 31 Avqust 2022 / 14:25 1534
-  A +

Azərbaycanın Millətlər Liqasındakı rəqiblərindən Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. 

Qol.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb. Komandanı Françesko Kaltsona çalışdıracaq. 54 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Slovakiya millisi Avro-2024-ə vəsiqə qazanarsa, çalışdırıcı ilə sözləşmə uzadılacaq.

Françesko bu vəzifədə Pavel Hapalı əvəzləyib.

Qeyd edək ki, Slovakiya C Liqasının 3-cü qrupunda 6 xalla üçüncü pillədə qərarlaşır. Komanda sentyabrın 22-də Azərbaycanı, 25-də isə Qazaxıstanı qəbul edəcək.


Son xəbərlər
topaz banner