"Real"ın futbolçusu Toni Kroos Kazemironun Madrid təmsilçisindən "Mançester Yunayted"ə keçməsi barədə danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, sabiq komanda yolaşının qərarına təəccübləndiyini deyib:
“Bu qərar məni təəccübləndirdi. O, yeni bir şey sınamaq istəyirdi. Kazemironun 30 yaşı var və bilir ki, iki-üç ildən sonra onun belə imkanı olmayacaq. İndi o, yeni addım atmaq üçün çox yaxşı yaşdadır. Əvvəlcə Kazemironun "Mançester Yunayted"ə keçəcəyini heç gözləmirdim və bunun sadəcə şayiə olduğunu düşündüm. Kazemironun gedişi mənim üçün sürpriz oldu. Çünki Çempionlar Liqasının əvəzinə Avropa Liqasında oynamaq böyük böyük fərqdir”.
Qeyd edək ki, bu mövsüm "Real" ÇL-in qrup mərhələsində, "Mançester Yunayted" isə Avroliqanın qrup mərhələsində mübarizə aparacaq.
Xatırladaq ki, Kazemiro "qırmızı şeytanlar"la 4+1 illik müqavilə imzalayıb.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı