"Fənərbaxça"nın futbolçusu rəsmən "Auqsburq"da

"Fənərbaxça"nın futbolçusu rəsmən "Auqsburq"da
XƏBƏR 31 Avqust 2022 / 12:08 2948
-  A +

"Fənərbaxça" futbolçusu Mergim Berişanı icarəyə göndərib. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu karyerasını Almaniya "Auqsburq"unda davam etdirəcək. Onunla 2022/23  mövsümünün sonunadək müqavilə imzalanıb. Berişa komandada 11 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, M.Berişa 2021-ci ildən "Fənərbaxça"nın futbolçusudur. O, geridə qalan mövsüm 31 matçda 7 qol vurub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner