PSJ onun keçidini rəsmiləşdirdi

PSJ onun keçidini rəsmiləşdirdi
XƏBƏR 31 Avqust 2022 / 10:28 2664
-  A +

PSJ "Napoli"dən Fabian Ruizin transferini rəsmiləşdirib. 

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. PSJ bu keçidə görə qarşı tərəfə 24 milyon avro ödəyəcək. Futbolçunun illik maaşı isə 5 milyon avro olacaq. 

Qeyd edək ki, Fabian 2018-ci ildən "Napoli"də oynayırdı. O, bu müddət ərzində 166 matçda 22 qol vuub və 15 qolun ötürməsini verib. Oyunçu geridə qalan mövsüm isə 38 görüşdə 7 qola və 5 qol ötürməsinə imza atıb.


Son xəbərlər
topaz banner