"Trabzonspor"dan "Kopenhagen"ə

"Trabzonspor"dan "Kopenhagen"ə
XƏBƏR 31 Avqust 2022 / 09:50 4149
-  A +

"Trabzonspor"un futbolçusu Andreas Kornelius karyerasını "Kopenhagen"də davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə Danimarka təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Kopenhagen" 29 yaşlı hücumçunun transferi üçün "Trabzonspor"la razılaşıb. Futbolçu bu gün Danimarkaya gedəcək. Kornelius tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. 

Qeyd edək ki, Andreas 2021-ci ildən "Trabzonspor"da oynayırdı.


Son xəbərlər
topaz banner