Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu
XƏBƏR 30 Avqust 2022 / 15:59 3619
-  A +

Türkiyə millisinin sabiq üzvü Mevlut Erdinç futbolçu karyerasını başa vurub. 

Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu özü açıqlama yayıb. O bildirib:

"Yaxşı və pis təcrübələri, qalibiyyətləri, çempionluqları, gözəl xatrələri heç vaxt unutmayacağam. Mənim üzərimdə əməyi olan klublara, məşqçilərə, dostlarıma və ailəmə təşəkkür edirəm. Məni mən edən futbol karyerama nöqtə qoyuram".

Qeyd edək ki, Mevlut Erdinçin son klubu Fransanın 4-cü liqasında mübarizə aparan "Raysinq Besançon" olub. O, karyerası ərzində PSJ, "Renn", "Sent-Etyen", "hannover", "Başakşehir", "Fatih Karagümrük, "Fənərbaxça", "Kocelispor", "Emraniyespor", "Quinqamp", "Metz" kimi komandalarda da oynayıb. 2008-2016-cı illərdə Türkiyənin əsas millisində çıxış edən Mevlut Erdinç yığmada 35 matçda 8 qol vurub.


Son xəbərlər
topaz banner