"Mançester Yunayted" futbolçusunu icarəyə verdi

"Mançester Yunayted" futbolçusunu icarəyə verdi
XƏBƏR 30 Avqust 2022 / 14:41 2029
-  A +

"Mançester Yunayted" futbolçusu Hannibal Meybrini icarəyə göndərib. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi karyerasını "Birminqem Siti"də davam etdirəcək. Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Hannibal 2019-cu ildən "Mançester Yunayted"in futbolçusudur. O, 2021-ci ilədək klubun əvəzedici komandasında oynayıb. Fransalı futbolçu "Mançester Yunayted"in əsas komandasında 3 matç keçirib.


Son xəbərlər
topaz banner