"Sent-Etyen"ə (Fransa) transfer olunan İbrahima Vadji ayrıldığı "Qarabağ" və klubun azarkeşləri ilə vidalaşıb.
Qol.az xəbər verir ki, seneqallı hücumçu özünün "İnstaqram" səhifəsindən klubla şəklini paylaşaraq bu sözləri yazıb: "Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və bütün "Qarabağ" azarkeşlərinə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!".
Qeyd edək ki, Vadji bu gün "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb.

Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı