“Transfermarkt” Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların futbolçularının dəyərinə görə siyahısını dərc edib.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin ən kasıb heyətləri sırasında 3-cü yerdədir. "Qarabağ"da futbolçuların ümumi dəyəri 14,08 milyon avro olaraq qiymətləndirilir. Bu nəticə ilə komanda 32 klub arasında 30-cu pillədə qərarlaşıb. Ağdam təmsilçisi təkcə Kipr AEK-ni (12,03 milyon avro) və Finlandiya HJK-ni (9,20 milyon) qabaqlayır.
Bu göstəricidə lider isə “Mançester Yunayted”dir (736,80 milyon avro). “Arsenal” 2-ci (646,50 milyon avro), “Roma” 3-cüdür (415,85 milyon avro).
“Qarabağ”ın yer aldığı G qrupunda klubların futbolçularının dəyərləri "Frayburq"da (Almaniya) 150,35 milyon avro, “Olimpiakos”da (Yunanıstan) 118,25 milyon avro, “Nant”da (Fransa) isə 94,30 milyon avro təşkil edir.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı