Konte: "O, kürəkənim ola biləcək qədər yaxşı insandır"

Konte: "O, kürəkənim ola biləcək qədər yaxşı insandır"
XƏBƏR 30 Avqust 2022 / 10:34 4441
-  A +

"Tottenhem"in baş məşqçisi Antonio Konte futbolçusu Son Hın Min haqqında danışıb. 

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 30 yaşlı hücumçunu tərifləyib:

"Son Hın Min həqiqətən də ağıllı bir insandır. Məsələn, qızıma bir həyat yoldaşı tapmağım lazım gələrsə, onun kimi biri olmasını istəyərdim. Hazırda bəlkə də qol vura bilmədiyi üçün məyusdur. Amma bu şəkildə davam etməli və özünə güvənməlidir. Qollar vura bilər, amma əvvəlcə sakit olmalıdır". 

Qeyd edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"də oynayır.


Son xəbərlər
topaz banner