Braziliyalı oyunçu "Mançester Yunayted"in bazasında

Braziliyalı oyunçu "Mançester Yunayted"in bazasında
XƏBƏR 30 Avqust 2022 / 10:09 2288
-  A +

"Ayaks"ın futbolçusu Antoni yaxın vaxtlarda "Mançester Yunayted"ə keçəcək.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir  ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinə üçün İngiltərə klubunun bazasına gedib. 22 yaşlı futbolçunun transferi ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted"in Antoni üçün bonuslar da daxil olmaqla təxminən 102 milyon avro ödəyəcəyi gözlənilir.


Son xəbərlər
topaz banner