Sloveniyanın "Olimpiya" (Lyublyana) klubunun azarkeşləri etdiyi hərəkətləri ilə gündəmə düşüb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Robert Prosineçkinin istefaya göndərilməsindən narazı olan bir qrup azarkeş yeni baş məşqçi Albert Rieranın mətbuat konfransına basqın ediblər. Maska və papaqlarla üzlərini gizlədən azarkeşlər Presineçkinin vəzifəsinə qayıtmasını tələb ediblər. Baş verənlərdən sonra A.Riera masadan qalxaraq mətbuat konfransını tərk edib. Hadisə zamanı hər hansı fiziki təmas olmayıb.
Qeyd edək ki, millimizin sabiq baş məşqçisi Prosineçki iyulun 3-ü "Olimpiya"da istefaya göndərilib. Sloveniya mətbuat xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyini yazıb. Mətbuat Prosineçkinin qovulmasının bir səbəbini də onun içki aludəçisi olmasına bağlayıb. Xorvat mütəxəssisin təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oyunları oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı iddia edilib.
Yuxarı
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!