"Mançester Siti"nin icraçı direktoru Ferran Soriano Erlinq Haalandın "Borussiya"dan (Dortmund) "şəhərlilər"ə keçməsinin səbəbini açıqlayıb.
Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, o deyib:
“Haaland bizi seçdi. Transfer məbləğini gördünüz və bu, çox məqbuldur. Ona verdiyimiz maaş bizim ödəyə biləcəyimiz və haqqı olan məbləğdir. Biz Haalanda planlarımızı, layihəni izah etdik. Amma “Mançester Yunayted”, “Bavariya” və ya “Real” ona daha çox pul təklif edə bilərdi. Haaland hara getmək istədiyinə qərar verdi və biz xoşbəxtik. Biz ulduz futbolçulara deyil, futbola, yaxşı oynamağa və qalib gəlməyə köklənmişik. Bizdə mərkəz hücumçu çatmırdı. Serxio Aquero kimi təsirli oyunçumuz var idi. Əvəzedici axtarmağa bir ildən çox vaxt sərf etdik və Haaland tam olaraq ehtiyacımız olan şəxsdir".
Qeyd edək ki, Haaland mayın 10-da "Siti" ilə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi