Azərbaycan futzal millisinin "Torpedo"da (Rusiya) oynayan qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına müsahibə verib.
- Bakıya nə vaxt dönmüsən?
- Mayın 20-də gəlmişəm. Çempionat başa çatıb, ona görə də istirahətə buraxdılar. Müqaviləm isə iyunun 15-nə qədər davam edir.
- Bəs gələcək karyeranla bağlı vəziyyət nə yerdədir?
- Danışıqlar davam edir. “Torpedo”dan başqa “Araz-Naxçıvan” da məndən cavab gözləyir.
- Danışıqların uzanmasının səbəbi nədir?
- Bilirsiniz ki, UEFA Rusiya klublarına sanksiya tətbiq edib və onlar UEFA Çempionlar Liqasında iştirak etməyəcəklər. Eyni zamanda klubun büdcəsi, eləcə də legioner limiti ilə bağlı qərarı gözləyirlər. Bəzi futzalçılarla da müqavilə başa çatır. Bir sözlə, yeni mövsümlə bağlı baş məşqçinin hazırlıq planı, kimlərlə işləmək istəyəcəyi ilə bağlı qərarı gözlənilir. Amma klub rəhbərliyi xidmətimdə maraqlı olduğunu qeyd edib. Ona görə mən də hələ ki, cavab gözləyirəm.
- Özün seçimini etmisən?
- Əlbəttə, “Torpedo”da qalmağı çox istəyirəm. Ora gedəndən sonra komandam 8 oyun keçirdi və 3-də mənim adım olmadı. Çünki qeydiyyatla bağlı problemlər yaranmışdı. Daha sonra məsələ həllini tapdı. Pley-off zamanı oyunların hamısında iştirak etməməyim isə legioner limiti ilə bağlı idi. Bütün bunları nəzərə alsaq, Super Liqada sözümü deməmişəm. Təbii ki, bu tək mənim qərarımdan asılı deyil. Bunun üçün klub da qərarını verməlidir. Yəqin ki, yaxın 10-15 gün ərzində bütün suallara aydınlıq gətiriləcək.
- “Torpedo” qarşıya qoyulan məqsədə nail olmadı, demək olarmı?
- Əslində, məqsəd pley-off-a vəsiqə qazanmaq idi ki, komanda əsas mərhələdə ikinci yeri tutmaqla buna nail olmuşdu. Həlledici mərhələdəki rəqibimiz dəfələrlə Rusiya çempionu olub, təcrübəli futzalçılardan qurulumuş komandadır. Heyətimizdə də zədəli futzalçılar var idi. Onların vacib oyunda iştirak etməməsi işimizi çətinləşdirdi.
- Pley-off oyunlarında az oynadın. Səbəbi ancaq limitlə bağlı idi?
- Bu daha çox baş məşqçinin taktiki tapşırıqları ilə əlaqədar idi. Digər qapıçını beşinci oyunçu kimi istifadə edirdi.
- Ümumi hansı fərqləri qeyd edərdin?
- Çempionat həm maraqlı, həm də çətindir. Səfərlər üçün bəzən 13-14 saat yol gedirsən. Oyunların müddəti 50 dəqiqə davam edir. Bundan başqa, çempionatda güclü legionerlər çıxış edir. Təsəvvür edin, “Qazprom” əsas mərhələni 7-ci pillədə başa vursa da, Super Liqanın finalına qədər irəliləyib. Yəni sonuncu pillədə yer alan komanda ilk pillədəki istənilən komandanı yenə biləcək gücdədir. Bir sözlə, maraqlıdır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi