Qarabağ adı Moldovada yaşayan soydaşlarımız tərəfindən sevilərək yaşadılır. 2020-ci ilin oktyabrın 18-də yaradılan “Qarabağ- Kişineu” futbol komandasının formalaşdırılmasını həm də Vətən sevgisinin təzahürü kimi qiymətləndirmək olar. Minifutbol üzrə həvəskarlar liqasından mübarizəyə başlayan “Qarabağ-Kişineu”nun hədəfi növbəti mövsümlərdə daha yüksək liqalara vəsiqə qazanmaqdır.
Klubun təsisçisi, Moldova Azərbaycanlıları Konqresinin üzvü Ramil Adıgözəlov bildirib ki, komandanın məhz Qarabağ uğrunda gedən Vətən müharibəsi günlərində yaradılması təsadüfi deyil. O deyib: “Komandanı təsis etməklə Qarabağ həqiqətlərinin Moldova cəmiyyətinə çatdırılmasına töhfə vermək istədik. Heyət həm azərbaycanlı, həm də yerli futbolçulardan ibarətdir. Elə əsas məqsədimiz də idman nəticələri deyil, iki xalq arasındakı həmrəyliyi möhkəmləndirməkdir. İstəyimiz tribunalarda əksini tapır. Hər oyunumuzda, həm moldovalı həm də azərbaycanlı azarkeşləri görmək xoşdur. Artıq Moldova televiziyaları da bu məsələyə biganə deyillər. Komanda haqqında maraqlı reportajlar tamaşaçılara təqdim olunub. Komandanın inkişaf etməsində başda Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov olmaqla diasporumuzun böyük xidməti var. Bəzi futbolçuları ayrıca qeyd etmək istərdim. Qapıçımız Abidov Tural mövsümün sonunda böyük rol oynadı. Komandanın ruhu, moldovalılarla azərbaycanlıları bir araya gətirən ən xarizmatik oyunçu kimi Cəbrayılov Səbuhini də qeyd etmək istərdim", - deyə Ramil Adıgözəlov əlavə edib.
“Qarabağ-Kişineu” komandasının həvəskarlar liqasının 2021-2022-ci il mövsümündə turnir cədvəlinin 2-ci pilləsində yer aldığını qeyd edən klub təsisçisi deyib: “Ağır yol keçdik, nəticədən razıyıq, ancaq növbəti mövsümdə çempion olmaq istəyirik. Hətta hədəf olaraq məqsədimiz növbəti mövsümlərdə daha yüksək liqalara vəsiqə qazanmaqdır. Bundan başqa beynəlxalq turnirlərə də qatılmaq planımız var". (AZƏRTAC)
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı