Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni de Byazi "Milan"ın A seriyasını qazanması barədə danışıb.
Qol.az xəbər verir ki, o, "TMW Radio"ya açıqlamasında bu haqda fikirlərini bölüşüb. De Byazi deyib:
"Milan Skudettonu qazanmağa çox layiqdir. Bu, baş məşqçi Stefano Pioli üçün şəxsi qisasdır. O, işini və çətin situasiyalardan necə çıxmaq lazım olduğunu bilir. Unutmayaq ki, iki il əvvəl Pioli qovulmaq üzrə idi və yerinə Ralf Ranqnik gətiriləcəkdi. Pioli çətin mühitdədir, lakin yüksək səviyyəyə çatıb. Bu il "Milan"ın bəzi matçları möhtəşəm keçdi. Qalib gəlmək heç vaxt asan olmur. "Milan"ın çempionluğunda təcrübənin də önəmi var. Təsadüfi deyil ki, komandada Zlatan İbrahimoviç və Oliviye Jiru kimi futbolçular oynayır”.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi