Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında sonuncu oyuna çıxıb.
Qol.az xəbər verir ki, 1-ci liqanı tərk edəcəyi ötən turdan dəqiqləşən komanda 38-ci turda "Menemenspor"u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. N.Ələskərov sözügedən görüşdə iştirak etməyib. Matç öncəsi komandanın məşqinə qatılmayan oyunçunun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
Qeyd edək ki, "Bursaspor" turniri 44 xalla 19 komanda arasında 17-ci pillədə başa vurub. Bursa təmsilçisi növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.
Xatırladaq ki, "Bursaspor"un prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar