Bir neçə gün öncə "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçən Erlinq Haaland sabiq klubunun bütün işçilərinə bahalı hədiyyələr alıb.
Qol.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 21 yaşlı norveçli forvard bütün heyətə və məşqçilərinə 13-15 min avro dəyərində olan "Rolex" qol saatları hədiyyə edib. Hücumçu saatları iki ədəd limuzinlə Almaniyaya gətirib.
Bütün saatlar üç fotoşəkillə bəzədilmiş xüsusi qutuda təqdim edilib.
Bundan əlavə, hədiyyələr "Borussiya"nın 20-dən çox əməkdaşına - fizioterapevtlər, aşpazlar və məsləhətçilərə də çatıb. Haaland onlara 7000-9500 avro dəyərində "Omega" saatı alıb. Ümumilikdə, Erlinq hədiyyələr üçün təxminən 600 min avro xərcləyib.
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi