"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında mümkün çempionluqları barədə danışıb.
Qol.az "BBC Sport"a istinadən xəbər verir ki, mütəxəssis Premyer Liqada çempionluğun Çempionlar Liqasındakından daha çətin olduğunu deyib: “Premyer Liqanı qazanmaq Çempionlar Liqasını qazanmaqdan qat-qat çətindir. Çoxlu turlar, çoxlu matçlar, zədələr, müxtəlif vəziyyətlər olur. Son illərdə Premyer Liqanın qalibi olmaq uğurdur. İngiltərə kubokunda olduğu kimi bu, sadəcə bir matç keçirmək deyil. Burada sabitlik lazımdır. Mən demirəm ki, Çempionlar Liqası vacib deyil. çünki biz də Çempionlar Liqasını finalında oynamaq istərdik. Amma 38 turla 7 görüşdə qalib gəlmək arasında fərq var. Bu gözəldir. Biz uğura yaxınıq".
Qeyd edək ki, Premyer Liqanın son turunda "Mançester Siti" "Aston Villa"nı qəbul edəcək. Qvardiolanın komandası hazırda turnir cədvəlinə 90 xalla liderlik edir. "Liverpul" isə 89 xalla 2-cidir. "Mançester Siti" çempion olmaq üçün "Aston Villa"ya qalib gəlməli, əks-halda "Liverpul"un "Vulverhempton"a uduzmağını gözləməlidir.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi