“Zirə”nin futbolçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmamasının səbəbi məlum olub.
Qol.az “Lelo” nəşrinə istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Villi Sanyol mətbuat konfransında bildirib ki, Volkovun Albaniya ilə matçda özünəinam baxımından problemləri olub:
“Volkov Özbəkistan yoxlama görüşündə bir qol vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək”.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 2-də Cəbəllütariq, iyunun 5-də və 12-də Bolqarıstanla, iyunun 9-da Şimali Makedoniya ilə qarşılaşacaq.
"Şamaxı" onu da göndərdi
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"