"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında və Çempionlar Liqasında çempion olmaq şansları barədə danışıb.
Qol.az xəbər verir ki, misirli hücumçu "BeİN Sport"a açıqlamasında deyib:
“Mən istəyirəm ki, “Mançester Siti” son oyun günündə uduzsun və ya heç-heçə etsin, biz də Premyer Liqanı qazana bilək. Komandada hamımız bu mövzuda bir-birimizlə ünsiyyət qururuq və hamı həyəcanlanır. Bu vəziyyət iki il əvvəl baş verdi və sonra çempion oldular. Hamımız optimistik, əvvəlcə öz əlimizdə olanı edəcəyik, sonra işlərin necə olacağını görəcəyik.
Çempionlar Liqasının finalında “Real”la oynamağımızı istədiyimi deyəndə, sanki onlar haqqında səhv bir söz demişəm kimi qəbul olundu. Mən turnir tarixinin ən güclü komandasından danışıram və bunu əvvəl baş verənlərə görə dedim. Qarşılaşma çətin keçəcək. Onlar nəyə qadir olduqlarını artıq nümayiş etdiriblər. Mən bu final üçün çox həyəcanlıyam və ümid edirəm ki, biz qalib gələcəyik”.
Qeyd edək ki, sabah İngiltərə Premyer Liqasının son turunda "Mançester Siti" "Aston Villa" ilə görüşdə uduzsa və ya xal itirsə, həmçinin "Liverpul" "Vulverhempton"a qalib gəlsə, "mersisaydlılar" çempionluğu rəsmiləşdirəcəklər. Komanda Çempionlar Liqasının finalında isə mayın 28-i "Real"la qarşılaşacaq.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi