"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovun yaratdığı "My Class" fitnes klubu ilə tanış olub.
Qol.az xəbər verir ki, həmçinin ziyarət edənlər arasında media nümayəndələri, klub nümayəndələri də olub. Tahir Gözəl jurnalistlərə açıqlamasında fitnes klubunu çox bəyəndiyini deyib:
"Buranın açılışında gələ bilməmişdim. Çox sevinirəm ki, "Qarabağ"dan qazandığı pulları, imkanları təzədən ölkəmizə, Vətənimizə ciddi şəkildə yatırım edərək, çox gözəl yer düzəldiblər. Qurban Qurbanovu təbrik edirəm, çox gözəl yer düzəldiblər. Qurban müəllimin bütün həyatı idman və sağlamlıqla keçib. Bakıda idman salonu, sauna və hamamı olan məkan görə bilərsiniz. Amma hamısının birlikdə olduğu kompleks məkanlar çox nadirdir. Bura xeyli zəhmət qoyulub. Mən inşaatla məşğul olduğuma görə bunu yaxşı başa düşürəm. Ən önəmlisi odur ki, burada gözəl infrastruktur var. Havalandırma, isitmə sistemi, suyun təmizliyi əladır. Çox bəyəndim. Hamımız müasir dövrdə böyük streslərə düçar oluruq. İnsan isə sağlamlığına çox diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni mədəniyyət və anlayış gətirir. Bura beynəlxalq standartlara cavab verir. Çox gözəl VİP zallar və otaqlar gördüm. Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm. "Qarabağ" bir ailədir. Qurban müəllimə xeyirli olsun deyirəm. Çox sevindim".
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi