Azərbaycan Premyer Liqasının 27-ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Qol.az xəbər verir ki, Rafael Utziq və Stefan Vukçeviç çempionatda 50-ci dəfə meydana çıxıb. Hər iki legioner “qırmızı-qaralar”ın heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.
Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/21 mövsümündə 5, 2021/22 mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.
Xatırladaq ki, 27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi