"Ukraynaya qayıtmaq istəmirəm" - "Sabah"ın legioneri

"Ukraynaya qayıtmaq istəmirəm" - "Sabah"ın legioneri
XƏBƏR 18 May 2022 / 20:30 2637
-  A +

"Sabah"da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel ölkəsinin "Sambafoot" nəşrinə açıqlama verib.

Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Ukrayna "Vorskla"sına qayıtmaq istəmədiyini deyib: 

"Ukraynada oynamış bir çox peşəkar həmkarımla danışmışam və heç biri geri qayıtmaq istəmir. Bir neçə klub mənimlə maraqlanır. Hər birini dəyərləndirəcəyəm. Ancaq tezliklə Avropanı tərk edib, Braziliyaya qayıtmaq fikrində deyiləm".

Qeyd edək ki, Rangel bu ilin martında "Vorskla"dan (Ukrayna) icarə əsasında "Sabah"a keçib. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner